Bəxtiyar Hacıyev jurnalist Ülviyyə Alovlunu məhkəməyə verdi – İş İCRAATA götürüldü

Bəxtiyar Hacıyev jurnalist Ülviyyə Alovlunu məhkəməyə verdi – İş İCRAATA götürüldü

Hazırda oxunan: Bəxtiyar Hacıyev jurnalist Ülviyyə Alovlunu məhkəməyə verdi – İş İCRAATA götürüldü

42810

Artıq xeyli vaxtdır ki, bloger Bəxtiyar Hacıyev və jurnalist Ülviyyə Alovlu arasında müxtəlif şəkilli qalmaqal davam edir.

Pişik mübahisəsindən başlayan qalmaqal tərəflərin bir-birini müxtəlif şəkildə suçlamaları ilə müşahidə olunub. Hər iki tərəf məhkəməyə şikayətçi düşüb.

Bəxtiyar Hacıyevin Bizim.Media-ya verdiyi məlumata görə, bu dəfə onun şikayəti nəhayət ki, məhkəmə tərəfindən qəbul edilib: 
 

MÖVZU İLƏ BAĞLI:

Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında pişik qalmaqalı - MƏHKƏMƏDƏ


“Nəhayət ki, uzun prosesdən, 5 dəfə uzadılaraq keçirilən hazırlıq iclaslarından sonra Yasamal Rayon Məhkəməsi Muradova Ülviyyə (Alovlu) Niyaz qızına qarşı Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilməsi tələbi ilə verdiyim xüsusi ittiham qaydasında şikayəti icraata götürərək baxışa verdi. Hazırda Ülviyyə Alovlu bu iş üzrə təqsirləndirilən şəxs statusundadır”.

Hacıyev qeyd edib ki, eyni zamanda Yasamal Rayon Polis İdarəsində də mənim şikayətim əsasında Ü.Alovlunun son məhkəmə iclasında zalda şüşə stəkan, məhkəmənin telefon dəstəyini və digər əşyaları atması faktları ilə bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb:
 

“Yasamal Rayon Məhkəməsi əvvəlcə təhlükəsizlik kameralarının görüntülərinin yadda saxlanmadığını iddia edərək gizlətməyə çalışsa da, sonradan görüntüləri polisə təqdim edib və cinayət işinə əlavə edilib”. 


Bəxtiyar Hacıyev sonda qeyd edib ki, "təhqir və böhtanla vaxt və enerjimizi alan, əsəblərimizi korlayan, bizi ciddi işlərdən yayındıran hər kəs barədə hüquqi addımların atılmasına nail olmalıyıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO