Azərbaycanda sürücü kursa apardığı məktəblini zorlamaq istədi - VİDEO

Azərbaycanda sürücü kursa apardığı məktəblini zorlamaq istədi - VİDEO

Hazırda oxunan: Azərbaycanda sürücü kursa apardığı məktəblini zorlamaq istədi - VİDEO

0:00
0:00
42782

Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonuna kursa apardığı azyaşlı qıza təcavüzə cəhd etməsi ilə əlaqədar cinayət işi açılıb.  

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. 

Məlumata görə, bununla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb:  

"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək". 

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib.

Buna cavab olaraq qızın yaxınları taksi sürücüsünü döyərək lentə alıb. Həmin videogörüntülər sosial şəbəkələrdə yayılıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO