Təcavüzkar Ermənistanın ötən il Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar nəticəsində şəhid olan general Polad Həşimov Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb.
Bizim.Media xəbər verir ki, mükafat Ankarada baş tutan təltifetmə mərasimində şəhid generalın anası Səmayə Həşimovaya təqdim olunub.
Mükafatı Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Ankara valisi Vasip Şahin və “EkoAvrasiya”nın təmsilçisi, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç təqdim ediblər.
Bizim.Media