Tovuz üzümü hansı ölkələrə ixrac olunur? - FOTOREPORTAJ

Tovuz üzümü hansı ölkələrə ixrac olunur? - FOTOREPORTAJ

Hazırda oxunan: Tovuz üzümü hansı ölkələrə ixrac olunur? - FOTOREPORTAJ

42769

Tovuzda üzüm yığımı davam edir Bu il yetişən süfrə sortlarından fermerlər bol məhsul əldə ediblər. Daxili bazarda tələbatı ödədikdən sonra təsərrüfat sahibləri xarici bazarlara da məhsul ixracını reallaşdırırlar. 

Bizim.Media-nın Qərb bölgəsindən verdiyi məlumata görə, məhsulun bolluğu ilə bərabər qiymətlərin ürəkaçan olması da sahibkarlarda növbəti ilə bağ sahələrinin artırılmasına maraq yaradıb.

900 hektara yaxın sahədə bol üzüm yetişdirən torpaq mülkiyyətçiləri indiyədək sahələrdən hektara 10  tondan çox məhsul toplayıblar.

Təsərrüfat sahibləri məhsullarını artıq Rusiya bazarlarına da çıxarmağa başlayıblar. Ötən ilə nisbətən ixrac bu il iki dəfəyədək artırılıb. Yerli bazarlarda üzümün bir kiloqramı 80 qəpik-1 manata satılır. Xarici bazarda isə bu göstərici Azərbaycan manatı ilə növündən asılı olaraq 1-3 manat arasında dəyişir. Sahibkarlar Rusiya bazarı ilə yanaşı alternativ bazarlar axtarışını da davam etdirir. 
 

Sahələrdən yığılan məhsulun bir hissəsi qışda əlverişli qiymətə satılması üçün soyuducu kameralara yığılır. 


Ümumilikdə rayonda 900 hektar üzüm sahəsi var ki, onun da 450 hektarı aktiv bar verən plantasiyalardır.

Sahibkarların fəaliyyəti Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin də nəzarətindədir. Bu il aqronomların məsləhəti ilə münbit torpaqlarda körpə bağların salınması da planlaşdırılır. Hazırda üzüm yığımı daha 15 gün davam edəcək. Anbar və soyuducularda saxlanılan üzüm ehtiyyatı isə gələn ilin mart ayınadək daxili və xarici tələbatı ödəyəcək qədər yetərlidir.

Cümşüd Məmmədov, Bizim.Media – Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO