\

\"Ramiz Mehdiyev elm adamlarını ölkədən didərgin salır\" – Deputatdan SƏRT İTTİHAM

Hazırda oxunan: \"Ramiz Mehdiyev elm adamlarını ölkədən didərgin salır\" – Deputatdan SƏRT İTTİHAM

42731

Deputat Etibar Əliyev AMEA-nın prezidenti Ramiz Mehdiyev haqqında tənqidi fikirlər səsləndirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Facebook səhifəsində paylaşım edərək yazıb:
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Mehdiyev cərimələndi – SƏBƏB


“Almaniyada yaşayan həmvətənlimiz böyük riyaziyyatçı alim, nüfuzlu Humbolt mükafatı laureatı Məsud Əfəndiyevlə bağlı paylaşmama professor Səlahəddin Xəlilov maraqlı şərh yazıb:

"Böyük riyaziyyatçımızı belə dolğun, adına layiq şəkildə təqdim etdiyinizə görə minnətdarlığımı bildirirəm. Siz adətən nobelçilər haqqında belə ürəkli yazırsınız, amma Nobel mükafatına layiq həmyerlilərimizi də unutmayaq gərək. Biz özümüzün olanı dəyərləndirməsək, dünya da ona layiq olduğunu verməz”. 

Millət vəkili qeyd edib ki, bu cür savadlı kadrların irəli getməyinə ən böyük maneə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir. O, savadlı, istedadlı elm adamlarını ölkədən didərgin salır.

“Bəs AMEA nə deyir? 
 

Biz sadəcə qürur hissi iləmi kifayətlənməliyik? "Niyə Nobel mükafatı vermirlər" deyə yadlardan gileylənərkən, özümüzdən soruşmuruq ki, Məsud Əfəndiyev kimi adamlar niyə hələ akademik seçilməyib?!


Haqlısınız Səlahəddin müəllim! Ramiz Mehdiyev buna imkan verməzdi. Bu qədər sadə...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO