89 yaşlı Xəlil Rza Ulutürk haqqında maraqlı FAKTLAR 

89 yaşlı Xəlil Rza Ulutürk haqqında maraqlı FAKTLAR 

Hazırda oxunan: 89 yaşlı Xəlil Rza Ulutürk haqqında maraqlı FAKTLAR 

42584

Azərbaycanın sevilən şairlərindən biri Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda dünyaya gəlib. 1994-cü ildə Bakıda dünyasını dəyişən qələm ustadının doğumunun 89 illiyidir. 

Bizim.Media xəbər verir ki, şairin şeirləri kimi həyatı da maraqlı olub. Bu səbəbdən onun haqqında informasiyalardan bəzilərini təqdim edirik:

Uşaqkən Mirzə ƏIəkbər Sabir, Cəlil Məmmədquluzadə kitablarını oxuyub. 

Gül əkməyi çox sevib. 

Yaradıcılığa 16 yaşında “Kitab” şeiri ilə başlayıb.

Həyat yoldaşı Firəngizlə 3 kurs fərqlə tələbə yoldaşı olublar və sevdiyi qıza görə onun qrup yoldaşlarından birini döyüb. Hətta universitetdən qovula da bilərdi.
 

Milli azadlıq hərəkatı vaxtı Xəlil Rza təkcə rus millətçiləri ilə deyil, rus sözləri ilə də mübarizə aparırdı: danışığında rus sözlərindən istifadə edənləri cərimələyirdi. Və toplanan pul şairlərin yeyib-içmək məclislərində xərclənirdi. Soyadlardakı “ov”, “yev” hissəciyindən imtina etmişdi.


Adamları da o cür çağırırdı. Doğma dilimizdə təmiz danışa bilməyən adamlar üçün hər yabançı sözə görə 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı adamlar üçün isə 1 manat verərdi.

Yeni söz yaratmağı sevən Xəlil Rza Ulutürk metroya lağım (yeraltı xəndək) deyirdi. 

Xəlil Rza Yazıçılar Birliyinin iclasında çıxış edəndə çoxu o iclasdan qaçırdı. 60-cı illərdə Azərbaycan Yazıçılar İttifaqında bütün vəzifələri tutan titullu yazıçılar haqda Xəlil Rza bu ifadəni işlədirdi: “İribuynuzlu feodallar”. Onun məşhur ifadələrindən biri də “Boşqab dibi yalayanlar” idi. “Maygülü” ifadəsindən də tez-tez istifadə edirdi.

Xəlil Rza Lefortovo həbsxanasından gələndən sonra Ulutürk adını alıb. 1960-cı illərdən başlayaraq onu inqilab şairi kimi tanıyırdılar.

Xəlil Rzanın “Davam edir 37” şeiri 90-cı illərin əvvəllərində bir telekanalın görə bilmədiyi işi görmüşdü.

Xəlil Rza şəhid olan oğlu Təbrizin dəfnində çıxış edərək deyir:
 

“Mən şəhid olmuş oğlum Təbrizin yastıq yoldaşı Sevinc xanımı təbrik edirəm! Onun Təbrizi vətənin müqəddəs torpağı uğrunda can verdi. Onun ölümü pak və müqəddəs ölümdür. Eşq olsun belə ölümə”.


Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olunub. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO