Heydər Əliyev Fondu Xaçmazda məktəb təmir etdi - FOTO 

Heydər Əliyev Fondu Xaçmazda məktəb təmir etdi - FOTO 

Hazırda oxunan: Heydər Əliyev Fondu Xaçmazda məktəb təmir etdi - FOTO 

42574

Xaçmaz şəhərində yerləşən Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəb 1976-cı ildən fəaliyyətə başlayıb.  

Bizim.Media xəbər verir ki, məktəb binası yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən 1176 şagird yerlik binanın əsaslı təmiri həyata keçirilib. 
 

Məktəb binasında 55 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, 2 informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası var.


Tədris ocağı zəruri mebel və avadanlıqla təchiz edilib. 

Təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi qurulub. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub.

Məktəbin heyətinə asfalt döşənib, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. 

Bundan başqa, məktəb ərazisində Qarabağ döyüşlərində şəhid olan məzunların xatirə lövhəsi yaradılıb, iki idman meydançası salınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO