Bu gün şəhid Eynulla Lətifovun ANIM GÜNÜDÜR - FOTO 

Bu gün şəhid Eynulla Lətifovun ANIM GÜNÜDÜR - FOTO 

Hazırda oxunan: Bu gün şəhid Eynulla Lətifovun ANIM GÜNÜDÜR - FOTO 

0:00
0:00
42506

Qubanın İkinci Nügədi kəndində Vətən Müharibəsi şəhidi Eynulla Lətifovun şəhadətə yüksəlməsinin ildönümü qeyd edilib.  

Bizim.Media xəbər verir ki, 2020-ci il oktyabrın 18-dən 19-a keçən gecə Xocavənd döyüşlərində şəhid olan Eynulla Lətifov bir il əvvəl doğma kəndi olan İkinci Nügədi kənd qəbristanlığında dəfn edilib.  

Şəhid Eynulla Lətifovun anım mərasimində Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, DTX-nin Quba rayon şöbəsinin rəisi  və digər rəsmi şəxslər iştirak edərək şəhidin valideynlərinə başsağlığı veriblər.

Ziyəddin Əliyev  Eynulla Lətifovun və bütün şəhidlərimizin xatirəsinin dövlət səviyyəsində  həmişə uca tutulacağını deyib.  

Sentyabrın 9-da 20 yaşı tamam olan Eynulla Lətifov subay idi. O, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.  

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO