Deputatın evdar qadınlara “maaş” verilməsi təklifinə Mehriban Zeynalovadan CAVAB 

Deputatın evdar qadınlara “maaş” verilməsi təklifinə Mehriban Zeynalovadan CAVAB 

Hazırda oxunan: Deputatın evdar qadınlara “maaş” verilməsi təklifinə Mehriban Zeynalovadan CAVAB 

42502

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransdakı çıxışı müzakirə yaradıb. Deputat vurğulayıb ki, ev işlərində iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir:

“Əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır və ev işlərinə görə qadına pul ödəməlidir”, - deyə deputat əlavə edib. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikrincə, deputatın çıxışı pozitiv səslənsə də, çox ciddi müqavimətlə üzlənəsi yanaşmadır:
 

MÖVZU İLƏ BAĞLI:

Musa Quliyev müzakirələrə SON VERDİ – “Kişilər narahat olmasın, qanun qəbul olunmayacaq”


“Çoxları deyəcək ki, mən həyat yoldaşıma niyə pul ödəməliyəm ki? Evin içindədir və razılaşır. Yəni bu proses könüllü həyata keçə bilər. Amma əgər kişi qadını işləməyə qoymursa, onun evdə əməyindən istifadə edirsə, bütün yükü onun üzərinə qoyursa, bu zaman hansısa xərclər ödənilməlidir. Yoxsa, qadına qarşı iqtisadi zorakılq olur, bütün günü işləyir, amma elementar xərclərini, ehtiyaclarını ödəmək üçün ona ayrıca pul verilmir. Müəyyən həssas qrupların öz problemləri və yanaşması olur. Musa müəllimin dediyinə əgər dini nöqteyi-nəzərdən yanaşılırsa, bu başqa məsələdir. Bəli İslamda belə bir tələblər var”.

Hüquq müdafiəçi hesab edir ki, yaxşı olar ki, tərəflər arasında nikah müqaviləsi imzalansın və qadınla kişinin tələbləri şərtlərdə əks olunsun:

“Həmin müqavilədə göstərilsin ki, qadın uşaqların tərbiyəsində, ərinə qulluq edilməsində, evdə görəcəyi iş müqabilində bütün yükləri müqabilində ödəniş alacaq. Bunun bir mexanizmi olmalıdır. Əks halda bu ideya özü üçün çətin yer tapa bilsin. Bu məsələdə ciddi müqavimətlə üzləşəcəyik. Məsuliyyətlər bərabər bölünürsə, atanın da rolu bilinməlidir. Bəzən qadınlar özləri də kişinin evdə hansısa iş görməsinə əngəl törədir. Əsas gətirir ki, əl vurmasın, özüm edərəm, təki ziyan törətməsin”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO