2 siçovul 18 ayda 1 milyona qədər arta bilər - MARAQLI FAKTLAR

2 siçovul 18 ayda 1 milyona qədər arta bilər - MARAQLI FAKTLAR

Hazırda oxunan: 2 siçovul 18 ayda 1 milyona qədər arta bilər - MARAQLI FAKTLAR

42492

İnsan beyninin gün ərzində yaratdığı elektrik impulslarının həcmi dünyadakı bütün telefonların yaratdığı elektrik impulsundan çoxdur.

Bizim.Media xəbər verir ki, qozbel (donqar) balinanın aşağı tezlikli qışqırığı canlı məxluqların çıxardığı ən yüksək səsdir.

⦁    Siçovullar o qədər tez cütləşir ki, 18 ay ərzində iki siçovul və onların nəsli bir milyondan çox siçovul dünyaya gətirə bilər.  

⦁    Hər gün Yer kürəsinə 10 ton kosmik toz düşür.

⦁    İlk koka-kola yaşıl rəngdə olub.

⦁    Tənbəllər ömrünün 75 faizini yuxuda keçirir.

⦁    Zürafənin dili qaradır və uzunluğu 50 santimetrə çatır.

⦁    Çəyirtkənin əzələsi insandan çoxdur.

⦁    Havay əlifbası 12 hərfdən ibarətdir.

⦁    Şimşəklər il ərzində planetimizə 10 milyon tondan çox azot gətirir.

⦁    "The quick brown fox jumps over the lazy dog" cümləsində ingilis əlifbasının bütün hərfləri var.

⦁    Begemot (hippopotam) suyun altında doğulur.

⦁    Aqorafobiya açıq məkandan qorxudur.

⦁    Dünyada ən böyük böyrək daşının 1.36 kilo çəkisi olub.

⦁    Bədən temperaturu ancaq 32-43 dərəcə arasında olanda insanın yaşamağı mümkündür.

⦁    Ən tez danışan millət fransızlardır – dəqiqəyə 350 söz. İkinci yerdə 60 saniyəyə 310 söz deməklə yaponlar qərarlaşıb.

⦁    Tanınmış riyaziyyatçılar arasında kişi alimlər qadınlardan 12 dəfə çoxdur. 

⦁    Həşəratlar hər il dünyadakı kənd təsərrüfatı məhsullarının 25-30 faizini yeyir.

⦁    Aydakı ayaq izləri milyonlarla il qalacaq. Çünki orada külək və atmosfer yoxdur deyə səsin də yaranması mümkünsüzdür.

⦁    Bir arı ailəsi yay ərzində 150 kq bal hazırlaya bilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO