"BakuBus"ın rəhbəri İŞDƏN ÇIXARILDI 

Hazırda oxunan: "BakuBus"ın rəhbəri İŞDƏN ÇIXARILDI 

0:00
0:00
42477

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Tural Mahmudov vəzifəsindən azad edilib. 

Bizim.Media xəbər verir ki, şirkətə rəhbərlik Elnur Qarayevə həvalə olunub. 

T.Mahmudov nəqliyyat müəssisəsinin rəhbərliyinə bu ilin əvvəlində gətirilmişdi. 

“BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. 

Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO