Bu xəbərin ardından cəmiyyətdə ikitirəlik yaranıb və bir tərəf onun nəşinin əsrlər sonra nəhayət Azərbaycana gətirilməsini təklif edirsə, digər tərəf hərbi əməliyyatların sonunu gözləyərək onun elə Hələb şəhərində dəfn olunduğu yerdə möhtəşəm qəbirüstü abidəsinin yaradılmasını təklif edir.
Moderator.az "Nəsimi" filminin bənzərsiz ifaçısı xalq artisti Rasim Balayevin də düşüncələrini önəmli hesab etdiyindən onun fikirlərini öyrənib. Xalq artisti bildirib ki, o bu cür qərar verməkdə səlahiyyət sahibi olmadığından nəsə deməkdə çətinlik çəkir. Ancaq xalq artisti də arzu edir ki, nəhayət onun qəbirinin öz vətəninə gətirilməsi doğru qərar və bu millətin öz şairinə bir vəfa borcunun yerinə yetirilməsi olardı.
































































































