Səhiyyə Nazirliyindən valideynlərə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən valideynlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Səhiyyə Nazirliyindən valideynlərə XƏBƏRDARLIQ

42475

Səhiyyə Nazirliyi məktəblilərin valideynlərinə müraciət edib. 

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda məktəblilərin peyvənd olunmayan qrupa aid olduğunu bildirib. 

O xatırladıb ki, azyaşlılar koronavirusu böyüklərə nisbətən yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər:

“Baxmayaraq ki, müəllimlərin 80 %-i peyvənd olunub, ancaq onlar evdəkiləri yoluxdura bilərlər". 
 
Distant təhsilin effekt vermədiyini bildirən infeksionist dövlətin də məktəblərin bağlanmasını istəmədiyini qeyd edib:

"Buna görə də valideyn çalışmalıdır ki, övladının səhhəti barədə daim məlumatlı olsun. Yaxşı olardı ki, evdə səhər-axşam övladlarının hərarətlərini ölçsünlər. Xəstəliyindən asılı olmayaraq, xəstə uşağı məktəbə buraxana qədər xəstəliyi aşkarlamaq lazımdır. Çünki bilmədən məktəbə getdiyi vaxt ərzində şagirdlər yol boyu yoluxma sayını artırmış olur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO