Gəlinini öldürərək meyitini doğrayan qayınataya AĞIR CƏZA 

Gəlinini öldürərək meyitini doğrayan qayınataya AĞIR CƏZA 

Hazırda oxunan: Gəlinini öldürərək meyitini doğrayan qayınataya AĞIR CƏZA 

42460

Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini öldürərək meyitini hissələrə bölüb, zibil qutularına atmaqda təqsirləndirilən İdris Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media xəbər verir ki, hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən  İ.Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı İ.Məhərrəmova 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi. 

Qeyd edək ki, yanvarın 27-də saat 01:00 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında beş ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələri aşkar edilib.
 

İstintaq-əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş naməlum qadın meyitinin 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması müəyyənləşdirilib.  


Zərərçəkmişin qayınatası - 1946-cı il təvəllüdlü İ.Məhərrəmovun gəlini B.Məhərrəmova ilə ailə-məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək, onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığılıb atıldığı üzə çıxıb. 

İ.Məhərrəmov 2021-ci ilin 29 yanvarında Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO