Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda avtomobillər tərəfindən zəbt edilən yollarda tədbirləri gücləndirib.
Bizim.Media xəbər verir ki, bunu İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb:
“Dəfələrlə piyada səkilərinin, yolların hərəkət hissələrinin zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də eyni növ problemlər gündəlik təkrarlanır. Yol polisi yenidən gücləndirilmiş tədbirlər keçirib və bu proses davam edəcək.
“Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 20.10.2021
Yol polisi Bakıda tıxacı aradan qaldırmaq üçün hərəkətə keçdi – FOTO
Hazırda oxunan: Yol polisi Bakıda tıxacı aradan qaldırmaq üçün hərəkətə keçdi – FOTO
Hazırda oxunan: Yol polisi Bakıda tıxacı aradan qaldırmaq üçün hərəkətə keçdi – FOTO
0:00
0:00
42448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.