Son zamanlar yoluxma sayının artması ilə bağlı bir neçə təhsil ocağı fəaliyyətini iki həftəlik saxlayıb. Hazırda karantinə görə bağlanan məktəblərdə ciddi şəkildə dizenfeksiya işləri gedir.
Lakin valideynləri əsas bağlanmayan məktəblərdə bu işlərin necə və hansı şəraitdə aparılması narahat edir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bütün məktəblərdə mütəmadi olaraq dizenfeksiya işləri aparılır.
MÖVZU İLƏ BAĞLI
"Ankara məktəbi" koronavirusa görə BAĞLANDI
“Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər də və digər təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Həmçinin fəaliyyətini dayandırmayan təhsil ocaqlarında da bu prosesə ciddi surətdə əməl edilir. Düzdür, bu Təhsil Nazilriyinin səlahiyyətində olan bir məsələ deyil.
Dizenfeksiya işləri Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir. Ancaq biz də bu işlərin həyata keçirilməsini nəzarətdə saxlayırıq”.
Qeyd edək ki, oktyabrın 18-də epidemioloji vəziyyətə görə bağlanan 20 nömrəli məktəb liseydə bu gün gücləndirilmiş dizenfeksiya işləri başladılıb.
Vüsalə Balayeva, Bizim.Media