Ata Abdullayev məhkəmədə ağladı  

Ata Abdullayev məhkəmədə ağladı  

Hazırda oxunan: Ata Abdullayev məhkəmədə ağladı  

0:00
0:00
42304

Bakı Ağır Cinayətlər Məhkəməsində Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı keçirilib. 

Bizim.Media xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Ata Abdullayev azad edilməsini istəyib: 

"8 aydır 6 kvadrat metrlik otaqda tək qalıram, düzdür, iki dəqiqədən bir mənim təhlükəsizliyimi, psixoloji durumumu yoxlayırlar. Cənab hakim, mənim atam yoxdur, sizdən ata kimi azad olunmağımı xahiş edirəm”. 

A.Abdullayev prosesdə ağlayıb. Daha sonra bildirilib ki, cinayət işi üzrə 4 nəfər zərərçəkmiş var.

Prokuror tərəfindən irəli sürülən ittiham aktında göstərilib ki, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. İttihama əsasən, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq iPhone 11 Pro Max telefonu alıb. 

Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələnib. 

Aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib. 

Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul tələb edib. 

Məhkəmə oktyabrın 26-da davam edəcək. 

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO