Sabah Bakıda \

Sabah Bakıda \"Rebuild Karabakh\" sərgisi işə başlayır

Hazırda oxunan: Sabah Bakıda \"Rebuild Karabakh\" sərgisi işə başlayır

42256

Sabahdan başlayaraq oktyabrın 22-nə qədər Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("BakuBuild-2021"), 13-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi ("Aquatherm Baku-2021") və 1-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh-2021") sərgiləri keçiriləcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətinin regional direktoru Edvard Straçan mətbuat konfransı keçirib.

O, bildirib ki, bu il Azərbaycanın sərgi sənayesi üçün mühüm tədbirlərdən biri də “Rebuild Karabakh” sərgisi olacaq.

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə “Rebuild Karabakh” sərgisinin keçirilməsinə qərar verilib.
 

Sərgi şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platformasının yaradılmasına lazimi şərait yaradacaq.


Sərgilərdə 17 ölkədən 2 079 şirkət iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO