İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş Suqovuşana qanunsuz gedərək balıq ovlamağa çalışan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində işğaldan azad edilmiş Çaylı kəndinə gizli yollarla daxil olmaq istəyən şəxs, rayonun Hacıqərvənd kənd sakini Telman Yusibov saxlanılıb.
Araşdırmalar zamanı onun balıq ovlamaq məqsədi ilə Çaylı kəndinin ərazisindən keçərək Suqovuşan kəndinə daxil olmaq istədiyi müəyyən edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Yusibov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:44 / 19.10.2021
Suqovuşana balıq tutmağa gedən şəxs HƏBS EDİLDİ - FOTO
Hazırda oxunan: Suqovuşana balıq tutmağa gedən şəxs HƏBS EDİLDİ - FOTO
Hazırda oxunan: Suqovuşana balıq tutmağa gedən şəxs HƏBS EDİLDİ - FOTO
42237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.