Qubada tapılan kütləvi məzarlıqla bağlı tədqiqat işi niyə ləngiyir? – RƏSMİ AÇIQLAMA

Qubada tapılan kütləvi məzarlıqla bağlı tədqiqat işi niyə ləngiyir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qubada tapılan kütləvi məzarlıqla bağlı tədqiqat işi niyə ləngiyir? – RƏSMİ AÇIQLAMA

42234

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti artıq Qubada tapılmış naməlum məzarlıq barədə rəsmi prosedurlara başlayıb.

Bizim.Media xəbər verir ki, qurum artıq məzarlığa arxeoloji baxışı keçirilməsi üçün Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna  rəsmi müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada naməlum MƏZARLIQ tapıldı – İnsanlar yandırılaraq quyulara doldurulub – FOTOFAKT - ÖZƏL


Bu barədə dövlət xidmətinin mətbuat katibi Fariz Hüseynli Bizim.Media-ya açıqlamasında deyib.

Onun sözlərinə  görə, rəsmi müraciət oktyabrın 15-də səlahiyyətli quruma ünvanlanıb. Lakin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan isə bildiriblər ki, müraciət hələ ki, onlara daxil olmayıb.
 

Qeyd edək ki, Qubanın İkinci Nügədi kəndində tapılan naməlum məzarlıqda insan sümüklərinin 1918-ci ildə ermənilərin qətlə yetirdiyi dinc sakinlərə məxsus olması ehtimalları səslənir.


Mütəxəssislər isə bildirir ki, bu ehtimalların dəqiqləşdirilməsi üçün xüsusi araşdırma aparmaq lazımdır. Nəzərə alsaq ki, fəsillə bağlı Qubada intensiv yağıntıların başlaması ərazidə tətqiqat-qazıntı işlərinə çətinlik yaradacaq, bu işi bir az öncə həyata keçirilməsinə ehtiyac var.  

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO