Tanınmış pediatrdan dərs yükünün ağırlığına ETİRAZ – “Hamı immunitet dərmanı axtarır” 

Tanınmış pediatrdan dərs yükünün ağırlığına ETİRAZ – “Hamı immunitet dərmanı axtarır” 

Hazırda oxunan: Tanınmış pediatrdan dərs yükünün ağırlığına ETİRAZ – “Hamı immunitet dərmanı axtarır” 

42232

“Təhsilin dili ilə bağlı müzakirələrdə növbəti atəşkəs elan olunub. Nə vaxt dəyişiklik olacaq? Uşaqlar niyə yorulur? Niyə əksər uşaqlar dərsdən sonra ya məktəbdə, ya da məktəbdənkənar hazırlıq kursuna gedir? Zavallı uşaq bütün günü oxuyur. Bu nə vaxt dincələcək, nə vaxt uşaqlığının dadını çıxaracaq? Uşaqlarımız kütdür, yoxsa məktəbdə oxutmurlar?”

Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev “Facebook” hesabında tədris yükünün azaldılması məsələsinə toxunarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyi: "Körpələrə peyvəndlər mütləq vurulmalıdır"


Onun sözlərinə görə uşaqların sağlamlığını qorumaq üçün dərs yükünü azaltmaq lazımdır:

“Müəllimləri də qınamayaq. 35-40 uşağa 45 dəqiqə ərzində nə izah edəcək? Hələ hər uşağa psixoloji durumuna görə fərdi yanaşmağı demirəm. Yuxarı siniflərdə oxuyanlar hər gün repititor yanına gedir. Bunu deyəndə dünyanın başqa ölkələrini misal gətirirlər ki, repetitorluq hər yerdə var. Bəs ibtidai sinif uşaqları üçün hazırlıq kursları harda var? Bəlkə proqramı dəyişək? Uşaqların sağlamlığını qorumaq üçün yükü azaldaq? Hamı immunitet dərmanı axtarır. Bu qədər yükün altında immunitet qalar?”, - deyə həkim etiraz edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO