Nəsimi rayonunun icra başçısı məhkəmədə dindirildi - CİNAYƏT İŞİ

Nəsimi rayonunun icra başçısı məhkəmədə dindirildi - CİNAYƏT İŞİ

Hazırda oxunan: Nəsimi rayonunun icra başçısı məhkəmədə dindirildi - CİNAYƏT İŞİ

42177

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki,hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə maraqlı məqamlar üzə çıxıb.

Belə ki, sözügedən cinayət işi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavini Qurban İsmayılovun ibtidai istintaqda dindirildiyi məlum olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Sabiq Aparat rəhbəri: “Lazım olsa, rəy alıb, onu da sökmək olar”


Prosesi izləyən “Report”un əmakdaşı bildirib ki, bu barədə hakim açıqlama verib.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO