Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki,hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə maraqlı məqamlar üzə çıxıb.
Belə ki, sözügedən cinayət işi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavini Qurban İsmayılovun ibtidai istintaqda dindirildiyi məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Sabiq Aparat rəhbəri: “Lazım olsa, rəy alıb, onu da sökmək olar”
Prosesi izləyən “Report”un əmakdaşı bildirib ki, bu barədə hakim açıqlama verib.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media