18 oktyabr Müstəqilliyimizin Bərpası Günü Quba şəhərində xüsusi qeyd olunub.
Bizim.Media xəbər verir ki, bu münasibətilə Quba şəhəri Heydər Əliyev mərkəzinin foyesində böyük bir sərgi keçirilib.
Ziyarətçilər "Koroğlu" üverturasının sədaları altında rəsm əsərləri, əl işləri və müxtəlif kitablarla tanış olublar.
Daha sonra "Müstəqil Azərbaycan-30: Əsrlərə bərabər inkişaf yolu" mövzusunda konfrans öz işinə başlayıb. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəsmilərinin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev geniş məruzə ilə çıxış edərək Azərbaycanın Demokratik Respublika olaraq keçdiyi 30 illik tarixi yolundan danışıb. Ziyəddin Əliyev çıxışında 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi Aktının indiyədən qorunub saxlanılmasında Azərbaycan xalqının xilaskarı olmuş Heydər Əliyevin misilsiz xidmətləri olduğunu da vurğulayıb.
İH başçısı həmçini qeyd edib ki, Heydər Əliyevin yolu bu gün onun varisi, Azərbaycan Respublikasının Prezidneti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
"44 günlük Vətən Müharibəsində uşaqdan böyüyə, cavandan qocaya qədər hamı cənab Ali Baş Komandanın ata vəsiyyətinə necə sadiq çıxdığını gördü. Onun formalaşdırdığı Milli Ordunun cəngavərləri dəmir yumruqlu Liderlə birgə işğalda olan torpaqlarımızı qətiyyətlə düşmənin tapdağı altından xilas etdi”.
Daha sonra isə konfransda iştirak edən edən digər qonaqlar Azərbaycanın Müstəqilliyin Bərpası gününün şanlı tarixindən söz açıblar.
Aytəkin Alxaslı, Bizim.Media