Ermənilər Xankəndi aeroportunu bərpa etmək istəyirlər

Ermənilər Xankəndi aeroportunu bərpa etmək istəyirlər

Hazırda oxunan: Ermənilər Xankəndi aeroportunu bərpa etmək istəyirlər

4205

Ermənilər Xankəndi aeroportunu bərpa etmək istəyir.

Bizim.Media xəbər verir ki, bu fikirləri separatçı rejimin liderinin məsləhətçisi David Babayan “RİA Novosti”yə müsahibəsində bildirib:

“Xankəndində hava limanı məsələsi Qarabağla bağlı üçtərəfli razılaşmada da qeyd olunub. Əlbəttə ki, Rusiya tərəfi bunu reallaşdıra bilər. Biz əsasən sərnişindaşıma və iqtisadi uçuşları nəzərdə tutmuşuq. Lakin hərbi aviareyslər də istisna olunmur”

Xatırladaq ki, 1992-ci ildə bağlanan hava limanı 2008-ci ildə təmirə qapanmışdı. 2012-ci ildə uçuş həyata keçirtməyə hazır olsalar da, o vaxt rəsmi Bakının müvafiq xəbərdarlığı buna mane oldu.

Bu arada erməni mətbuatı məıumat yayıb ki, Araik Arutyunyan Qarabağla Ermənistan mobil operatorları arasında rouminqin yığışdırılması barədə razılığa gəlib.

Yəni Xankəndi və digər yaşayış məntəqələrinə köçürülən ermənilər Ermənistan mobil şəbəkəsi vasitəsilə telefonla danışacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO