Vətən Müharibəsinin 22-ci günü nələr baş verdi? - XRONİKA

Vətən Müharibəsinin 22-ci günü nələr baş verdi? - XRONİKA

Hazırda oxunan: Vətən Müharibəsinin 22-ci günü nələr baş verdi? - XRONİKA

42037

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media Vətən müharibəsinin oktyabrın 18-nə aid olan xronikasını təqdim edir:

- Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdığını açıqlayıb.

- Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstaqram" hesabında edilən paylaşım edib: "Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm"

- Humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

- Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb. Düşmənin hərbi hissəsi ələ keçirilib. Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub.

- Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib.

- Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib. Ermənistana məxsus daha bir PUA məhv edilib.

- Düşmənin döyüş texnikası və silah-sursatı ələ keçirilib.

- İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO