Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı gün yaxınlaşıb - PREZİDENT

Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı gün yaxınlaşıb - PREZİDENT

Hazırda oxunan: Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı gün yaxınlaşıb - PREZİDENT

41986

"Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir".

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Füzuli şəhərinin sakinləri nə vaxt geri qayıdacaq? – Prezident açıqladı


Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməlinin qoyulduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. 

“Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq. Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO