Gəncədə erməni terrorunun qurbanlarının xatirəsi anıldı - FOTO

Gəncədə erməni terrorunun qurbanlarının xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Gəncədə erməni terrorunun qurbanlarının xatirəsi anıldı - FOTO

41922

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raket atəşinə tutmasından bir il ötür.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə terror hadisəsinin ildönümü ilə bağlı Gəncə şəhərində yürüş təşkil edilib.

Yürüşün məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, məqsədli şəkildə döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını göstərməkdir.

Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrdən ibarət gənclərin iştirak etdiyi yürüş Gəncə şəhərinin mərkəzindən başlayıb.

Yürüş iştirakçıları terror qurbanları və Vətən müharibəsi şəhidlərini dərin ehtiramla yad edərək, onların əziz xatirəsinə şamlar yandırıblar. Yürüşün yekununda gənclər təşkilatlarının nümayəndələri tərəfindən bəyanat səsləndirilib.

Qeyd edək ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan ərazisindən atılan raketlər nəticəsində Gəncə şəhəri Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev küçəsi) və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO