Şamil Sabiroğlu millət vəkilinin təklifinə dəstək verdi

Şamil Sabiroğlu millət vəkilinin təklifinə dəstək verdi

Hazırda oxunan: Şamil Sabiroğlu millət vəkilinin təklifinə dəstək verdi

41881

Millət vəkili Musa Quliyev Xocalı soyqırımı zamanı əlil olmuş insanlara “Xocalı soyqırımı əlili” statusunun verilməsi təklifi ilə çıxış edib. M.Quliyevin sözlərinə görə, belə bir statusun verilməsi üçün zəruri olan bütün amillər mövcuddur.

Bununla bağlı Moderator.az-ın sualını cavablandıran “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu M.Quliyevin bu təklifini məqbul hesab etdiyini qeyd edib:

“Qarabağ savaşı zamanı 30 min insanımız şəhid olub, on minlərlə insanımız yaralanıb, əlil olub. Bu baxımdan onların hər birinə qəhrəman kimi yanaşılmalıdır. Onlar xalqa millətin qəhrəmanları kimi təqdim edilməli, həmin şəxslərə yüksək dərəcədə qayğı və diqqət göstərilməlidir. Çünki onlar vətənin azadlığı uğrunda şəhid olub, yaralanıblar. Bunların içərisinda Xocalı soyqırımının xüsusi önəmi var. Çünki bu soyqırım zamanı ermənilər bir gecədə ən azı min nəfəri qətlə yetirib. 1275 nəfər isə əsir və girov götürüblər. Bu baxımdan Milli Məclisdə Xocalıya soyqırımına məruz qalan şəhər statusunun verilməsi ilə bağlı müzakirələr gedir. Doğrudur, bütövlükdə Xocalı soyqırımı əlili statusunun Qarabağ əlili statusundan ayrılmasını istəməzdim. Çünki əlillərimiz hamısı bizimdir və onların hamısı eyni məqsəd və amal uğrunda çalışıb. Amma Xocalıya statusun verilməsinin tərəfdarıyam. Ən azından ondan ötəri ki, hələ müharibə bitməyib, torpaqlarımızı işğaldan azad etməmişik. Bu baxımdan Xocalı soyqırımının tanıdılması məqsədi ilə atılan hər bir addımı alqışlayıram. M.Quliyevə də Milli Məclisin deputatı kimi böyük hörmətim var. Əgər Musa müəllim bu məsələyə diqqət göstərib belə bir addımın atılmasını vacib bilirsə, mən də buna qoşuluram. Bu baxımdan mən də Xocalıdan olan əlillərə xüsusi statusun verilməsinin tərəfdarıyam”.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO