Prezidentin yeni sərəncamı 2 milyona yaxın vətəndaşı ƏHATƏ EDƏCƏK 

Prezidentin yeni sərəncamı 2 milyona yaxın vətəndaşı ƏHATƏ EDƏCƏK 

Hazırda oxunan: Prezidentin yeni sərəncamı 2 milyona yaxın vətəndaşı ƏHATƏ EDƏCƏK 

0:00
0:00
41875

Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı 1 milyon 800 min vətəndaşın rifahının yaxşılaşmasına xidmət edəcək 

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda əməkhaqları, pensiyalar və təqaüdlər artırılır - SƏRƏNCAM


Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılıb.  

Həmin təkliflərin hazırlanmasına artıq başlanıb. 

Qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq büdcə layihəsinə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. 

Ümumilikdə son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO