Gecəyarısı qətl: Dostunu evindən çağırıb güllələdi - TƏFƏRRÜAT 

Gecəyarısı qətl: Dostunu evindən çağırıb güllələdi - TƏFƏRRÜAT 

Hazırda oxunan: Gecəyarısı qətl: Dostunu evindən çağırıb güllələdi - TƏFƏRRÜAT 

41872

Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Neftçala rayon sakinləri - 26 yaşlı Cəmil Hüseynov və 47 yaşlı Elşən Gözəlovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, qətl ötən il dekabrın 31-də Pirallahı rayonu ərazisində baş verib. 

34 yaşlı Röyal İlyasov yaşadığı evin yaxınlığında baş nahiyəsindən odlu silahla vurularaq qətlə yetirilib. 

Təqsirləndirilən Cəmil Hüseynov ailəsi ilə birgə Pirallahı rayonu, Gürgən qəsəbəsində yaşadığını, kirayə qayıq götürdüyünü, dənizdən balıq tutub satmaqla dolandığını göstərib. Hadisə günü dənizdən gəlib, həmyerlisi Elşənlə birlikdə yemək yeyib spirtli içki içiblər. İçki məclisi zamanı Elşən zarafatla Rasimə sillə vurub, Röyal da onun bu zarafatını hörmətsizlik kimi qəbul edərək Elşəni döyüb. Rasim isə öz növbəsində Elşənə hücum çəkib. Beləcə, içkili balıqçılar bir-birləri ilə dalaşıblar. 

İçkinin təsirindən sərxoş olan həmyerlilər məsələni Röyalla araşdırmaq qərarına gəliblər. Hətta Röyalla söhbəti “yekunlaşdırıb” ova getməyi də planlaşdırıblar.

Çarpayının altından ov tüfəngini götürüb Röyalın yaşadığı binanın qarşısına gəliblər. C.Hüseynov Rasimə məxsus qarajın qarşısında dayanıb tüfəngin yararlı olub-olmadığını yoxlamaq üçün qapıya sarı atəş açıb. Daha sonra Elşəni Röyalın dalınca göndərib. 

Qətl səhərə yaxın törədildiyindən qəsəbədə və ətrafda heç kim olmayıb. Qətli törətdikdən sonra tüfəngi çiyninə aşıran Cəmil Elşənlə birgə meyitin qollarından yapışıb bir qədər kənara sürüyüblər.

Meyitin qollarını iplə bağladıqdan sonra sürüyüb dəniz kənarına aparıblar, çökəklik əraziyə atıblar. Cəsədin üstünü qumla örtərək basdırıblar. 

Məhkəmənin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cəmil Hüseynov və Elşən Gözəlov 18 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO