Şair Ramaldanov şəhid bacısı oğlu Babəkdən DANIŞDI - FOTOLAR

Şair Ramaldanov şəhid bacısı oğlu Babəkdən DANIŞDI - FOTOLAR

Hazırda oxunan: Şair Ramaldanov şəhid bacısı oğlu Babəkdən DANIŞDI - FOTOLAR

0:00
0:00
41869

Bu gün Vətən Müharibəsi qəhrəmanı, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun şəhadətə qovuşduğu gündür. 

Bizim.Media xəbər verir ki, anım mərasimi əvvəlcə onun məzarının ziyarətinə başlayıb.

Daha sonra şəhid polkovnik-leytenantın Bakının Xətai rayonunda yaşadığı evin qarşısında barelyefinin açılışı olub.

Açılış mərasimində Babək Ramaldanovun doğmaları, ictimaiyyət nümayəndələri və döyüşçü dostları iştirak edib.

Anım mərasimində şəhid Babək Ramaldanovun gənclərə nümunə olan həyat yolundan ətraflı danışılıb. Şəhidin atası Meyvəddin Ramaldanov, dayısı polkovnik Şair Ramaldanov 2020-ci il oktyabr ayının 16-da Füzuli ətrafında gedən döyüşlərdə şəhid olan Babək Ramaldanovla bağlı xatirələrini danışıb, belə bir oğul böyütdüklərindən  və onun Vətən yolunda şəhid olmasından qürur duyduqlarını deyiblər. 

Qusardan gələn Qarabağ qazisi- Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov əslən Qusardan olan Babək Ramaldanovun gənclərə örnək olan 38 illik həyatından, Ramaldanovların Azərbaycanın hərb tarixinə verdiyi dəyər və təcrübədən ətraflı danışıb. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Bayrağı ordeni, "Cəbrayılın azad olunmasına görə" və “Vətən uğrunda” medallarına layiq görülən Babək Ramaldanov II Şəhidlər Xiyabanında  uyuyur.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO