Elnur Əşrəfoğlunun vəziyyəti necədir? – Qardaşından AÇIQLAMA

Elnur Əşrəfoğlunun vəziyyəti necədir? – Qardaşından AÇIQLAMA

Hazırda oxunan: Elnur Əşrəfoğlunun vəziyyəti necədir? – Qardaşından AÇIQLAMA

41853

Bir aydan çoxdur koronavirusa görə “Yeni klinikada” müalicə alan tanınmış jurnalist, Cüdo Federasiyasının mətbuat katibi Elnur Əşrəfoğlunun vəziyyəti stabil ağır olaraq qalır.

Bu barədə Bizim.Media-ya açıqlamasında jurnalistin qardaşı Rəşad Şükürov bildirib.

O, qeyd edib ki, hazırda həkimlər baş verən qanaxmanı saxlamağa çalışırlar.

“Hazırda həkimlər bütün səyləri ilə baş verən qanaxmanı saxlamağa çalışırlar. Dualarımızı əskik etməyək”.

Xatırladaq ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub.

Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. E.Əşrəfoğlu oktyabrın 11-də ECMO cihazından ayrılıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO