Dövlət Komitəsi vətəndaşlara müraciət etdi

Dövlət Komitəsi vətəndaşlara müraciət etdi

Hazırda oxunan: Dövlət Komitəsi vətəndaşlara müraciət etdi

41816

Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə İSO/İEC 20000 “Information technology - Service management” standartının tətbiqi istiqamətində təlimlər keçiriləcək.Bu barədə Moderator.az-ı  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumatlandırıb. Məlumatda deyilir:  

"Müasir informasiya texnologiyaları sahəsinin ən önəmli və daim yenilənməyə yönəldilmiş sistemlərdən biri informasiya texnologiyaları idarəetmə sistemidir və bu sistemi tənzimləyən İSO/İEC 20000 “Information technology - Service management” beynəlxalq standartlar toplusudur. İSO/İEC 20000 standartı informasiya texnologiyaları (İT) xidmətlərinin idarəedilməsi üzrə əsas amilləri, onun müəssisələrdə dəstəklənməsini və həyata keçirilməsi istiqamətində tələb olunan məsuliyyəti ətraflı təsvir edir, biznesin tələblərinə uyğun olan və rəhbərliyin tam nəzarəti altında keyfiyyətli İT xidmətlərinin göstərilməsi istiqamətində məqsədli sistemin qurulmasını özündə cəmləşdirir.

Həmçinin daxili və xarici müştərilərə İT xidmətlərinin göstərilməsi üzrə prosedurların aydın təsviri İSO/İEC 20000 standartında öz əksini tapır. Qeyd olunan standart İT İnfrastruktur Kitabxanasının (İTİL) ən uğurlu təcrübələri əsasında hazırlanmışdır. Standartın istifadəçiləri əsas fəaliyyət istiqaməti üçüncü tərəflərə (xidmət təşkilatları, sistem inteqratorları, proqram təminatı şirkətləri, hosting şirkətləri, məlumat mərkəzləri, işə götürmə və s.) İT xidmətləri göstərən şirkətlər, fəaliyyəti İT xidmətlərinin keyfiyyətindən asılı olan iri təşkilatlardır (dövlət strukturları, telekommunikasiya, maliyyə strukturları və s.).

Cari ilin 3-5 mart (3 gün) tarixlərində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə BSİ-nin mütəxəssisi tərəfindən İSO/İEC 20000 “Information technology - Service management” standartının tətbiqi istiqamətində informasiya texnologiyaları idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılar İSO/İEC 20000 “Information technology - Service management” standartının tətbiqi üzrə daxili auditor biliklərinə yiyələnmələri barədə Britaniya Standartlar İnstitutunun (BSİ) rəsmi sertifikatı ilə təltif olunacaqlar.

Qeyd olunan təlimlərdə iştirak etmək istəyənlər 25 fevral 2014-cü il tarixədək Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna müraciət edə bilərlər.

Daha ətraflı məlumatları aşağıda qeyd olunan elektron poçt və əlaqə nömrələrinə müraciət edərək əldə etmək olar".

Əlaqə nömrələri:

 
(012) 497 03 28
Mob: (+994 55) 775-50-77

Mob: (+994 50) 377-71-11
Mob: (+994 55) 213-24-56

 

E-mail ünvanları:

 

[email protected]

[email protected]

[email protected]

 

 

 

 

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO