Şahdağ milli parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin ərazisində ov edən şəxslər saxlanılıb.
Bizim.Media-nın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerlərin İsmayıllı rayon sakinləri Anar Musayev, Elçin Nağdıyev, Qismət Cəfərov və Şamo Nağdıyev olduğu müəyyən edilib və onlardan 2 ovlanmış Dağıstan turu götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 4000 manat məbləğində cərimələnib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:46 / 15.10.2021
Milli parkda ov edənlər 4 min manat CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Milli parkda ov edənlər 4 min manat CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Milli parkda ov edənlər 4 min manat CƏRİMƏLƏNDİ
41762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.