Həbsdə olan keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun səhhəti pisləşib.
Bizim.Media xəbər verir ki, E.Həsənovun qan təzyiqi və ürək döyüntüləri yüksəlib, həkimlər təzyiqi aşağı sala bilməyib.
Buna görə də o, saxlanıldığı Dövlət Təhükəsizlik Xidmətinin Təcridxanasından hospitala köçürülüb.
Qeyd edək ki, Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:31 / 15.10.2021
Eldar Həsənov hospitala köçürüldü
Hazırda oxunan: Eldar Həsənov hospitala köçürüldü
Hazırda oxunan: Eldar Həsənov hospitala köçürüldü
41759
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.