Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Ağdama səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə almaniyalı diplomat “Twitter”də bildirib.
Səfər zamanı səfiri Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann müşayiət edib.
Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonundakı xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları Ağdamda aparılan yenidənqurma işləri barədə məlumatlandırıb.
Bizim.Media
#AHK Executive Director Tobias Baumann and I inform ourselves today from Presidential Representative Huseynov about the great task of bringing the city of #Agdam back to life. pic.twitter.com/HgVowRtYz3
— Ambassador Dr. Wolfgang Manig (@GerAmb_Baku) October 15, 2021