İçərisində narkotik maddə olan şübhəli çanta haqqında polisə Cəlilabad sakini məlumat verib
Azərbaycanla İran sərhədində içərisində narkotik maddə hesab edilən heroin olan çanta aşkarlanıb. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 14-də Cəlilabad şəhər sakini Məhərrəm Əliyev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus yardımçı təsərrüfatın yaxınlığında şübhəli idman çantası aşkar etdiyini bildirib.
Şəhər sakini M.Əliyevə məxsus yardımçı təsərrüfatın yaxınlığına atılmış çantada 1 kiloqramdan artıq heroin olub.
Cəlilabad RPŞ əməkdaşları tərəfindən çantaya baxış keçirilib. Baxış zamanı 1 kiloqram 960 qram heroin aşkar edilərək götürülüb.






























































































