Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ 

Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ 

Hazırda oxunan: Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ 

41734

Ölkə ərazisində hava şəraiti pisləşəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-dən 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Oktyabrın 20-də gündüz şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Havanın temperaturu oktyabrın 20-21-də ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə ağaşı enəcək. 
 

Azərbaycanın rayonlarında oktyabrın 18-dən 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir.


Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO