“Biz xoşbəxtik ki, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq” - Leyla Əliyeva - FOTO

“Biz xoşbəxtik ki, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq” - Leyla Əliyeva - FOTO

Hazırda oxunan: “Biz xoşbəxtik ki, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq” - Leyla Əliyeva - FOTO

41684

Oktyabrın 14-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun xatirə gecəsi və onun əsərlərinin sərgisi keçirilib.  

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da tədbirdə iştirak edib. 

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəssamın xatirə gecəsində iştirak etməkdən məmnunluğunu ifadə edib. 

“Görkəmli rəssam Tahir Teymur oğlu Salahovun xatirə gecəsində sizi salamlamağa çox şadam. Doğma Bakı kimi Moskva şəhəri də Tahir Teymur oğlu üçün çox əziz idi. Tahir Salahov öz yaradıcılığı ilə bütün dünyanı fəth etdiyinə baxmayaraq, onun həyatının əsas hadisələri məhz Rusiyada və Azərbaycanda baş verib.  
 

İncəsənət dünyanı gözəlləşdirir. Tahir Salahovun yaradıcılığı sayəsində biz onun dünyasını – harmoniya və xoş duyğularla dolu nurlu dünyanı görürük.


Biz xoşbəxtik ki, bu heyrətamiz insanla bir dövrdə yaşamışıq, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq. Onun sənətini fərqləndirən məhz sevgidir – Vətənə, təbiətə, insanlara sevgi. Tahir Salahovun qəhrəmanları onun müasirləri, neftçilər, yazıçılar, bəstəkarlardır. O, obrazlar yaratmır, insanlar yaradırdı. Ona görə də onun əsərlərinə baxanda inanırıq və hiss edirik ki, bunlar canlı əsərlərdir, həyatın özü kimi canlıdır. Arzum budur ki, Tahir Salahovun zəngin irsi bundan sonra da xalqlarımızı yaxınlaşdırmaqda davam etsin, gənc istedadlara yol açsın”, - deyə Leyla Əliyeva bildirib. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. 

Azərbaycanın və Rusiyanın görkəmli mədəniyyət xadimləri iştirak etdiyi sərginin ekspozisiyasında rəssamın şəxsi arxivlərdə saxlanılan işləri, ailə albomundan fotoşəkillər təqdim olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO