"OBA”nın administratoru yüksək məbləği mənimsədi - DETALLAR 

Hazırda oxunan: "OBA”nın administratoru yüksək məbləği mənimsədi - DETALLAR 

0:00
0:00
41663

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA Market” MMC-nin Satış Əməliyyatları Şöbəsinin “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Lənkəran rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 28.03.2017-ci il tarixdən 21.05.2018-ci il tarixədək olan müddətdə cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə sataraq əldə etdiyi 73 min 907 manat məbləğində pul vəsaitini xəzinəyə ödəməyərək özünün şəxsi ehtiyacları üçün sərf edib. 

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO