İcbari tibbi sığorta üzrə məlumat bazası YARADILIR 

İcbari tibbi sığorta üzrə məlumat bazası YARADILIR 

Hazırda oxunan: İcbari tibbi sığorta üzrə məlumat bazası YARADILIR 

41612

İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq. 

Bizim.Media-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi"ndə əksini tapıb. 

Məlumat bazası sığortalı və sığortaolunanlar haqqında məlumatların toplanmasını, istifadəsini və təhlilini, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsini təmin edən informasiya ehtiyatıdır. 

Məlumat bazasının fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi üzrə operator funksiyalarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir. 

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO