Əvvəl Röya, sonra Natavan, indi də Roza. Növbədə kimdi, Aygün Kazımova?

Əvvəl Röya, sonra Natavan, indi də Roza. Növbədə kimdi, Aygün Kazımova?

Hazırda oxunan: Əvvəl Röya, sonra Natavan, indi də Roza. Növbədə kimdi, Aygün Kazımova?

4153

Azərbyacan şou-biznesində qalmaqallara adət etsək də, bəzən bu yorucu olur. Düzdür, sənətçilər arasında yaşanan bu kimi intriqalar, qalmaqallar, soyuq müharibələr təkcə bizdə mövcud deyil. Dünya ulduzları arasında da rəqabət, paxıllıq, soyuqluqlar yaşanır. Ancaq Azərbaycan şou-biznesində bəzən sənət admalarının qarşıdurmaları da elə yerli şou-biznesimiz kimi bəsit və kiçik görürür.

Azərbaycan şou-biznesinin təməllərini qoyanlardan biri Aygün Kazımovadır deyirlər. Bəli, haradasa bununla razılaşmaq olar. Aygün Kazımovanın sənətə gəlişi elə bir dönəmə təsadüf etdi ki, o dönəmdə səhnədə dəyişikliyə, dinamikaya ehtiyac var idi. Aygün də gənc xanım olaraq zamanında o səhnədə idi. Gənc xanımın səhnəyə gəlişi elə ilk gündən diqqət çəkdi. O zamanın Azərbaycan tamaşaçısı belə şıltaq sənətçiyə öyrəşməmişdi. Aygün də əslində bunu bilirdi. Bilirdi və bundan istifadə etdi. Amma səhnədə yadda qalmaq üçün təkcə bu şıltaqlıq bəs etmirdi. Aygün səhnədə də ilk açıq-saçıq, bəlkə bir az da kobud desək, ilk "soyunan" müğənnilərdən oldu. Onu daha çox gündəmdə saxlayan da elə müğənninin imici, açıq-saçıq geyimləri, görünüşü oldu. Səhnədə olan xanım müğənnilərin əksəriyyətindən fərqli olaraq cəsarətli açıqlamaları, bəzən özü ilə bağlı həddindən artıq açıq müsahibələri Aygünü tanıtmağa təsirini göstərdi.

Beləcə, o, Azərbaycanın ən açıq-saçıq, bəzən əndazəni keçən, bəzən daha barəsində nələr-nələr danışılan bir müğənnisinə çevrildi. Xalq artstinin o zamanlar şəxsi həyatı ilə bağlı cəmiyyətə təqdim etdiyi açıqlamaları da çoxlarının yadında qatıb yəqin. Vaxtilə 100 kq-a qədər çəkib alıb ev dustağına çevrilən müğənninin, görünür, sənət aləmi o qədər özünə çəkirdi ki, ailə sahibi olmaq belə onu buradan çox uzaq saxlaya bilmədi. Yəqin ki, xalq artisti də o günlərini unutmayıb. Sonralar da Kazımova sənətdə gündəmdə qalsın deyə, heç bir tərəddüdsüz istənilən piara əl atmaqdan çəkinmədi. 

"Həyatımda 2002 kişi olub" deməkdən çəkinməyən Aygün Kazımova zaman-zaman belə çılpaq həyat tərzi yaşadığına görə ictimai qınağa da tuş gəlib . Geyimlərinə görə də müzakirə obyektinə çevrilə bilib. Müğənninin sənətdə üstün tərəflərindən biri bəlkə odur ki, o, sevgisini səhnədə tapıb. Yeri gəlmişkən uzun müddət Namiq Qaraçuxurlu ilə eşq macərasını da Aygün Kazımova çəkinmədən yaşayan sənətçi olub. Hərçənd Namiq hər dəfə bunu gizlətməyə çalışsa da, Aygün bunu nümayiş etdirməkdən çəkinməyib.

Maraqlıdır səhnədə yetərincə uğurları olan bir xanım niyə həmkarları ilə qalmaqallara meyl göstərməyə çalışıb? Axı Aygünün buna bəzən ehtiyacı belə olmayıb. Amma, görünür, unudulmaq, gündəmdən düşmək qorxusu ondan da uzaq qala bilməyib. Yoxsa nə Brilliant Dadaşova ilə, nə Röya və digərləri ilə qalmaqallara can atmazdı. Xüsusilə də Aygünün Röya ilə çəkişməsi heç də birmənalı qarşılanmadı. Axı illərin səhnədə olan sənətçisinə, əslində, səhnədə gənc olan xanım müğənni ilə qalmaqala getmək yaraşmazdı. Əgər Aygün Kazımova Röyanın səhnədə varlığından narahat olmasaydı, onun yerini yeni bir ulduzun tutağacından ehtiyat etməsyədi, yəqin ki, nə aralarında bu savaşa əsas olmazdı, nə də illərin münaqişəsi davam etməzdi. Aygünün bu səhnədə ehtiyat etdiyi, bəlkə də yeganə müğənni Röya oldu ki, xalq artisti bəzən onun kölgəsində qaldı. Əgər belə olmasaydı, Aygün Kazımova Röyanın varlığından bu qədər çəkinməsəydi, illərin sənətçisi olaraq gənc həmkarları ilə qalqallara getməyi özünə yaraşdırmazdı. Amma səhnədə kölgədə qalmaq qorxusu sənətçidə yaranırsa, bu, onun sonu deməkdi. Kazımova da bu sondan qorxur deyə qalmaqallara üstünlük verir ki, gündəmdən düşməsin.

Aygün Kazımova Natavan Həbibiyə qarşı da qısqancılığını gizlədə bilmirdi. Əslində, xalq artistinin qorxusu ən çox Natavanla rəqabətində daha çox hiss olundu. Kazımova yarışda ona uduzmağını nə həzm edə bildi, nə də bunu gizlətməyə gücü yetdi. Əslində, başa düşmək də çətin deyildi. Xalq artistinin gənc müğənniyə yarışda məğlub olması o qədər asan deyildi. Amma bir reallıq var idi. Natavan Həbibi Kazımovadan o an üçün daha güclü olduğunu nümayiş etdirmiş oldu. Hətta o qədər yadda qalan bir qələbə oldu ki, Kazımova canlı efirdən bu məğlubiyyətini gizlədə bilməyib gözündəki qorxunu da tamaşaçıya hiss etdirdi. Bu qısqanclıq Kazımovanı zəiflətdi. O qədər zəiflətdi ki, Natavan barədə yalan məlumatlar yaymağa məcbur etdi. Bu böhtan xarakterli məlumatları yaymaq da xalq artistini məhkəmə qapılarına qədər aparıb çıxardı. Nəticə də göz qabağındadır. Natavan bu dəfə də xalq artistinə qalib gəlmiş oldu. Bu isə Aygün Kazımovanın növbəti məğlubiyyəti oldu. 

Son günlər də Kazımova Roza Zərgərliyə söz atıb onun bostanına daş atmaqla gündəmdə qalmağa çalışdı. Rozanın son klipi, deyəsən, Kazımovanı o qədər qısqandırıb ki, xalq artitsti onunla bağlı kəskin açıqlamalar verməyə başladı. Hətta bununla da kifayətlənməyib sənət dostlarının dəstəyindən istifadə etmək qərarına gəlib. Niyam Səlami ona dəstək versə də, əslində, Niyam ilə Roza Zərgərli arasında dostluğun olması çoxlarına bəllidir. Deməli, Kazımova bununla təsəlli axtardı ki, məhz Rozanın sənətdə münasibəti olan müğənni onun barədə nə isə desin. Xalq artistinin Rozanın köhnə şəkillərini yaymaqda məqsədi onu gözdən salmaqdısa, elə şəkillərdən boy-boy Kazımovada da var. Kazımovanın da belə açıq-saçq, erotik pozalarda şəkillərinin olduğunu söyləməyə ehtiyac yoxdu.

Kazımova bəzən belə şəkillərini elə cəsarət göstərici kimi təqdim edib. Xalq artisti Roza Zərgərlini tənqid edərkən özünün Snup Doqla olan klipini, yəqin ki, xatırlamayıb? Yəqin ki yox. Çünki əslində, Kazımova da bilir ki, istər Rozanın, istər onun özünün çəkdirdiyi klipləri sənət əsəri sayırıqsa, bu ekran əsərlərinə də porno yox, elə yaradıcılıq məhsulu kimi baxmaq lazım idi. 

Sual yaranır: Aygün özünü şou-biznesi yaradan insanlardan biri kimi qəbul edirsə, səhnəyə bu kimi cəsarətli davranışları gətirən biri kimi Rozanı ittiham etməyə haqqı çatırmı? Bir də Kazımova şou-biznesdə cəsarətli olan xanım müğənnilərin hamısı ilə qalmaqallar edir. Görünür, bu da onun zəif nöqtələrindən biri sayıla bilər. Əvvəllər Azərbaycan şou-biznesində təkcə Aygün Kazımova təəccübləndirməyi bacarırdısa, ancaq Aygün xanım cəsarət tələb edən kliplərə imza atırdısa, bu gün şou-biznesdə ona rəqib olanlar var. Rəqabəti sevməyən xalq artistinin, əslində, bu qədər sərt və aqressiv açıqlamaları da yəqin bu səbəbdəndi.

Aygün xanım nədənsə sizi bu məqamda Şəbnəm Tapdığa bir anlıq bənzətdim. Ötən əsrin uğurları ilə özünə təsəlli verən Şəbnəm Tapdıq da hesab edir ki, ondan sonra səhnəyə gələn yoxdu, ola bilməz, onu bu gün də dünən sevən qədər sevirlər. Elə siz də Aygün Kazımovanın dünənki uğurları ilə yaşayırsız, sanki. Amma Kazımovaya bunu yaraşdırmıram. Xalq artisti mənim yaddaşımda həm də güclü bir qadın, cəsarətli sənətçi, yeniliklərə imza atan müğənni kimi qalıb.

Əgər bu, həqiqətən, belədirsə, Kazımova bu gün də özünü güclü, rəqibsiz sayırsa, onda sənətini nümayiş etdirsin. Bu, ona yetər. Qalmaqallara getmək, həmkarları ilə düşmənçilik aparmaq nə onun illərinə, nə fəxri adına, nə də sənətinə yaraşmaz. Hörmətli Aygün xanım sizdən yeni yaradıcılıq işləri, maraqlı, bir az da cəsarətli kliplər gözləyirik.(milli.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO