SON DƏQİQƏ: Quba-Xınalıq yolunda torpaq sürüşməsi – VİDEO / FOTO

SON DƏQİQƏ: Quba-Xınalıq yolunda torpaq sürüşməsi – VİDEO / FOTO

Hazırda oxunan: SON DƏQİQƏ: Quba-Xınalıq yolunda torpaq sürüşməsi – VİDEO / FOTO

41487

Qubanın dağlıq Qrız Dəhnə kəndinin ərazisində - Quba-Xınalıq yolunun 32-ci km-də torpaq sürüşməsi baş verib.

Bizim.Media xəbər verir ki, sürüşmə yolun üst hissəsindən - kənddən 3 km aralıda başlayan yuxarı təpəlikdən kəndə doğru irəliləməyə başlayıb. 

Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev mütəxəssislərlə birgə sürüşmə ərazisinə baş çəkib. 

Qeyd edək ki, hazırda Sürüşmə davam edir. Təbii hadisəyə son günlər müşahidə edilən intensiv yağışların səbəb olduğu deyilir. Aidiyyatı dövlət qurumları məlumatlandırılıb.

Aytəkin Alxaslı, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO