Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dindirilməli olan E.Əliyevin anası Səmayə Əliyeva və dostu, hazırda Fövqəladə hallar nazirinin birinci müavini olan Orucəli Hacıyevin ifadəsi elan olunub.
Daha sonra hadisə vaxtı Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi “Sikora” kafesinin işçilərinin ifadələri elan edilib.
MÖVZU İLƏ BAĞLI:
Elçin Əliyevin anası Rövşən Əkbərova ÖMÜRLÜK HƏBS istədi - ÖZƏL
İşçilər eyni məzmunda ifadə verərək, hadisə günü R.Əkbərovun səfirlikdə və restoranda olduğunu bildiriblər.
Məlum olub ki, hadisə günü E.Əliyev restoranda başqa masada olan R.Əkbərovun şərəfinə “Cənab zabit” mahnısını sifariş edib. Daha sonra onlar görüşəndə E.Əliyev R.Əkbərova deyib ki, “mən səfirliyə gələndə siz samovar qaynadırdız”.
R.Əkbərov cavabında “mən sənin üçün çayçı deyiləm” deyib və aralarında mübahisə yaranıb. Daha sonra restoranın qarşısında qətl törədilib.
Daha sonra işdə olan sənədlər tədqiq olunub və məhkəmə istintaqı tamamlanıb, çıxış etmək üçün söz prokurora verilib. O, cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və maddələri ilə təqsirli bilinməsini istəyib.
Prokuror 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Elçin Əliyevin vəkili isə cəza tələbinin az olduğunu, R.Əkbərova 15 il azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edib. R.Əkbərovun vəkilləri çıxış üçün vaxt istəyiblər. Proses oktyabrın 22-də davam etdiriləcək. (report)
Bizim.Media