Füzulidə sürücü avtomobillə piyadanı vurdu, sonra boğazını kəsdi

Füzulidə sürücü avtomobillə piyadanı vurdu, sonra boğazını kəsdi

Hazırda oxunan: Füzulidə sürücü avtomobillə piyadanı vurdu, sonra boğazını kəsdi

41364

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Balabəhmənli kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Quliyev Ceyhun Nazim oğlu yolu keçərkən onu avtomobil vurub.

Daha sonra avtomobilin sürücüsü yaralı gəncə yaxınlaşaraq onun boğazına və bədənin müxtəlif yerlərinə bir neçə bıçaq zərbəsi endirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı, boğaz, boyun, bel nahiyəsinin bıçaq yaraları diaqnozları qoyulub.

Yaralı əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qohumlarından əldə etdiyimiz məlumata görə C. Quliyev Birinci Qarabağ müharibəsində şəhid olan Nazim Quliyevin oğludur və hadisəni Müşviq adlı şəxs törədib (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO