Azərbaycanın igid oğlu şəhid Bayraqdarovun ANIM GÜNÜDÜR – FOTO

Azərbaycanın igid oğlu şəhid Bayraqdarovun ANIM GÜNÜDÜR – FOTO

Hazırda oxunan: Azərbaycanın igid oğlu şəhid Bayraqdarovun ANIM GÜNÜDÜR – FOTO

41338

Bu gün Vətən müharibəsi şəhidi Batdal Mikail oğlu Bayraqdarovun şəhadətə qovuşduğu gündür.

Bizim.Media xəbər verir ki, bu münasibətlə doğulduğu Qubanın Ağbil  kəndində şəhidin evi qarşısında xatirə kompleksinin və bulağın açılışı olub. Açılış mərasimində şəhidin ailə üzvləri, döyüşçü dostları, Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri və şəhid ailələri iştirak ediblər. 

Mərasimdə çıxış edənlər Batdal Bayraqdarovun Vətən uğrunda savaş zamanı göstərdiyi igidlikdən danışıblar.

Rayonun icra başçısı Ziyəddin Əliyev çıxışı zamanı Bayraqdarovlar nəslinin 1957-58-ci illərdə Özbəkistandan qovularaq Azərbaycana pənah gətirən 3  minə yaxın Axıska türkü ailəsindən biri olduğunu deyib:

"Görürsünüz, neçə il əvvəl ailəsinə Azərbaycan qucaq açdı, o ailələrin birində doğulan Batdal doğma sandığı Vətənin müdafiəsinə qalxdı. Belə oğullar çoxdur. Onlar çətin gündə əllərinə silah alaraq namərd qonşularımızla haqq savaşına qoşuldular".

Batdal Bayraqdarov 2020-ci il oktyabrın 10-da Füzuli ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

O, ölümündən sonra  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İgidliyə görə","Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO