Qubada tapılan naməlum məzarlıqla bağlı RƏSMİ AÇIQLAMA – Kütləvi soyqırım imiş - ÖZƏL

Qubada tapılan naməlum məzarlıqla bağlı RƏSMİ AÇIQLAMA – Kütləvi soyqırım imiş - ÖZƏL

Hazırda oxunan: Qubada tapılan naməlum məzarlıqla bağlı RƏSMİ AÇIQLAMA – Kütləvi soyqırım imiş - ÖZƏL

41258

"Qubanın İkinci Nügədi kəndində aşkar edilmiş məzarlıq kütləvi soyqırıma oxşayır. Foto şəkillərdən və mənə verilən məlumatdan deyə bilərəm ki, bü sümüklərin tapıldığı yerin kütləvi məzarlıq olma ehtimalı var”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada naməlum MƏZARLIQ tapıldı – İnsanlar yandırılaraq quyulara doldurulub – FOTOFAKT - ÖZƏL


Onun sözlərinə görə, qaldırılan məsələ maraqlı və aktualdır. Şöbə müdiri sümüklərin tapıldığı əraziyə yerində baxılandan və sümükləri tibbi ekspertizaya göndərəndən sonra konkret söz deməyin mümkün olacağını bildirib:

“İnstitutumuza rəsmi müraciət daxil olan kimi gedib həmin əraziyə baxış keçirəcəyəm”,- deyə Qəhrəman Ağayev əlavə edib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,Qorunması və İnkişafı üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli isə sorğumuza cavab olaraq bildirib ki, qurum tərəfindən həmin əraziyə baxış keçirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxellogiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət olunacaq.

Xatırladaq ki, Qubanın İkinci Nügədi kəndinin ərazisində, hündür təpəlik və meşəlikdə tarixi məzarlıq aşkar edilib.
 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Quba sahəsinin mütəxəssislərinin araşdırması nəticəsində məlum olub ki, tapılan məzarlıqda insanların yandırılaraq quyulara xaotik şəkildə qalaqlandığı bildirilir.


Hətta tapılan insan sümüklərinin birində güllə izi olduğu da açıqlanıb. Mütəxəssislər əlavə versiya olaraq məzarlığın 1918-ci ildə Quba qəzasını viran qoyan ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma aid olduğunu da ehtimal edirlər. Yağış suları yuduqca təpənin yüksəkliyindən insan sümükləri üzə çıxır.

Aytəkin Alxaslı, Bizim.Media – Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO