"Hər ay Bakıda kitab sərgisi keçirilsin".
Bizim.Media xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Fazil Mustafa çıxış edib:
“Təklif edirəm ki, ayda bir dəfə kitab sərgisi keçirək. Bakıda kitab sərgisinin keçirilməsi təqdirəlayiq haldır. Bu bir daha göstərdi ki, çayxanalarda nərd, domino oynayıb, vaxtlarını itirənlərlə yanaşı, minlərlə kitab oxuyub, mütaliə edən gənclər də var".
Deputat ölkədə keçirilən kitab sərgisini yüksək qiymətləndirib:
"Ölkədə kitaba maraq oyatmaq vacibdir. İnsanlarda oxumağa maraq hissi ölməyib. Çayxanalarda adamlar olduğu halda, kitab ardınca sərgilərə gələnlər də var".
Fazil Mustafa kitabların qiymətindən də söz açıb:
"Kitabın qiymətinin bahalı olmasının səbəbi gömrük rüsumunun yüksək olması ilə bağlıdır. Təcili surətdə ƏDV götürülməlidir. Heç olmasa, başqa ölkələrdə olan yaxşı ənənələri götürsək müsbət tendensiya ola bilər".
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:06 / 12.10.2021
Bakıda hər ay kitab sərgisi keçirilsin - TƏKLİF
Hazırda oxunan: Bakıda hər ay kitab sərgisi keçirilsin - TƏKLİF
Hazırda oxunan: Bakıda hər ay kitab sərgisi keçirilsin - TƏKLİF
41235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.