Almaniya səfirindən “Azərsu”ya ÇAĞIRIŞ 

Almaniya səfirindən “Azərsu”ya ÇAĞIRIŞ 

Hazırda oxunan: Almaniya səfirindən “Azərsu”ya ÇAĞIRIŞ 

41217

“İnanırıq ki, biz həm mərkəzi hökumət, həm də bələdiyyə qurumları səviyyəsində su məsələsi ilə bağlı əməkdaşlıq edə biləcəyik”. 

Bizim.Media xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfgang Manig Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib. 

“Bir nümunə çəkim. Mən Bakının Badamdar qəsəbəsində yaşayıram. Orda su xəttində sızma baş vermişdi.
 

Sızmanın həcmi o qədər böyük idi ki, nəticə etibarilə təmiz su itkisinə səbəb olmaqla yanaşı, yol boyu hərəkəti dayandırmışdı.


Halbuki sızmanın qarşısını alan cihazların quraşdırılması bununla bağlı halların qarşısını tam almağa imkan verir. İnnovasiyaları təmin etmək üçün vəsait ayırmaq lazımdır. Almaniya şirkətlərini inandırmaq çətindir. Onlar deyirlər ki, struktur şəffaf olmalıdır, Ona görə Azərbaycandan olan tərəfdaşlara o cümlədən “Azərsu” ASC-yə səslənərək demək istəyirəm ki, gəlin səylərimizi birləşdirməklə şəffaf və təmiz içməli su təminatına nail olaq”, - deyə səfir qeyd deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO